Loading...
Siyavuş Novruzov abituriyentlərin intiharına görə mətbuatı günahlandırdı

Siyavuş Novruzov abituriyentlərin intiharına görə mətbuatı günahlandırdı

Loading...
Siyavuş Novruzov abituriyentlərin intiharına görə mətbuatı günahlandırdı

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.

Sfera.az bildirir ki, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.

"Məsələn, biri intihar edir, mətbuat isə bunu işıqlandırır, dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizli saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”, - deyə o qeyd edib. (APA)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR