Loading...
Ekspertdən oğurluq nömrə qalmaqalına MÜNASİBƏT:

Ekspertdən oğurluq nömrə qalmaqalına MÜNASİBƏT: "DYP açıqlama verərək bu məsələyə aydınlıq gətirməlidir"

Loading...
Ekspertdən oğurluq nömrə qalmaqalına MÜNASİBƏT:

Xəbər verdiyimiz kimi DYP "İslahat.az" saytının baş redaktoru Elşən Nəcəfova oğurluq nömrə satıb. Sfera.az xəbər verir ki, bu barədə Elşən Nəcəfov şəxsi Feysbuk hesabında yazıb

Jurnalistin sözlərinə görə, hazırda onun 90-EG-987 dövlət nişanlı avtomobili cərimə meydançasındadır. Ona satılan nömrə ilə bağlı  müəmalı vəziyyət hələ də qalmaqdadır. Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər.  

Yol-nəqliyyat məsələləri ilə bağlı ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında bildirib ki, baş vermiş bu nalaşılmazlıq köklü sürətdə araşdırılmalıdır:

"Burada sürücünün hər hansı günahı yoxdur. Sürücü bütün sənədləri ortaya qoyub. O nömrəni Dövlət Yol Polisinin "Qeydiyyat İmtahan Şöbəsi”ndən alıb. Hadisənin kökü araşdırılmalıdır. Ola bilər ki, həmin nömrə vaxtı ikən oğurlanıb və sahibi polisə nömrənin itməsi ilə bağlı məlumat verib. Çünki nömrənin itməsi ilə bağlı məlumat verildikdə məsələyə xitam verilir. Oğurluq isə cinayət işidir, cinayət işi gedərkən də prosesin üstü açılanadək hər şey bağlı qalır”. 

E.Muradlı sözlərinə belə davam edib:
 
"Necə ola bilər ki, DYP tərəfindən alınan nömrə oğurluq çıxsın. DYP açıqlama verərək bu məsələyə aydınlıq gətirməlidir. Ola bilsin ki, vətəndaş nömrənin oğurlanması ilə bağlı ərizə yazıb. Sonradan da kimsə nömrəni taparaq DYP-yə gətirib. DYP də sonradan qanun çərçivəsində nömrəni satışa çıxarıb. Sadəcə olaraq bölmə ilə DYP arasında məlumatsızlığın olması bu problemə səbəb olub. Biri nömrəni açıq şəkildə satışa çıxarır, digərində isə cinayət işi var”. 
 
Nigar Məhərrəm
Sfera.az


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR