Loading...
Ağcabədi sakini anasını döyərək  öldürdü

Ağcabədi sakini anasını döyərək öldürdü

Loading...
Ağcabədi sakini anasını döyərək  öldürdü

Mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadovanın yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilməsi barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR