Loading...
İlham Əliyevlə Ərdoğan bu gün görüşəcək

İlham Əliyevlə Ərdoğan bu gün görüşəcək

Loading...
İlham Əliyevlə Ərdoğan bu gün görüşəcək

Ankarada rəsmi səfərdə olan prezident İlham Əliyev bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

123 xəbər verir ki, bu gün günorta saatlarında Ərdoğan İlham Əliyevi öz iqamətgahında qarşılayacaq. 

Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. 

Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.
www.123
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR