Loading...
Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Loading...
Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Türkiyədə yerli valyutanın dollar qarşısında dəyərdən düşməsi müşahidə olunur. 
 
Ölkədə keçiriləcək seçki öncəsində bir müddətdir ki, kursunda azalma müşahidə edilən dolların məzənnəsində yenidən yüksəliş nəzərə çarpır.
Bir neçə ay öncə 4.10 lirədən 4.01 lirəyədək enən dolların məzənnəsi hazırda Türkiyədə 4.10 lirə təşkil edir. Türk lirəsinin ucuzlaşması isə Azərbaycanın yerli bazarına təsirsiz ötüşməyə bilər.

Maraqlıdır, lirənin ucuzlaşması bizə necə təsir edəcək.

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində bu gediş Azərbaycan bazarında da bəzi məhsulların qiymətində azalmaya səbəb olmalı idi. N.Cəfərli türk lirəsinin seçki nəticələri açıqlananadək ucuzlaşacağını proqnozlaşdırır:

"Erkən seçki qərarından öncə də Türkiyədə dolların bahalaşmasını müşahidə etdik. Bunun da səbəbləri müxtəlifdir. Əlbəttə, burada siyasi səbəblər də az rol oynamır. Bundan başqa ölkə iqtisadiyyatında borclanma səviyyəsinin yüksək olması da dolların bahalaşmasına təsir etdi. Seçki nəticələri açıqlananadək düşünürəm ki, dolların bahalaşması davam edəcək”. 

N.Cəfərli bildirib ki, dolların bahalaşması Türkiyədən Azərbaycana gətirilən malların qiymətinə də təsir etməlidir:
 
"Türk lirəsi ucuzlaşdığı üçün Türkiyədən gətirilən mallar Azərbaycanda da ucuzlaşmalıdır. Çünki yerli iş adamları məhsulları lirə ilə almaq üçün xarici valyuta kimi dollardan istifadə edirlər. Dollar bahalaşdıqca onların lirə ilə alacaqları məhsulların qiyməti bu xarici valyuta ekvalentində azalır. Məntiqlə desək, ucuzlaşma gözləniləndir. Bu səbəbdən hələlik yerli bazarda ucuzlaşmanın müşahidə olunacağını düşünmürəm. Lakin bu proses davamlı olsa, bir müddət sonra yerli bazarda ucuzlaşmanı mütləq şəkildə görə biləcəyik”.

Ekspert bildirir ki, ucuzlaşma isə daha çox bu bazarlarda özünü göstərəcək:
 
"Xüsusən də, geyim məhsulları, bəzi qidalar və mebellərin qiymətində enmələr müşahidə ediləcək”. 

Qeyd edək ki, bu gün Rusiyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı məhz Türkiyədir. Türkiyədən Azərbaycana gətirilən məhsulların həcmi təxminən milyard yarım dollar olur. Qarşılıqlı ticarət dövriyyəsində Türkiyənin rolu təqribən 25 faizdir. Bu rəqəmin artımı da gözlənilir.

Nigar Məhərrəm
Sfera.az
.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR