Loading...
Türkiyədə növbədənkənar seçkidə İLKLƏR YAŞANACAQ - 13-cü prezident kim olacaq?

Türkiyədə növbədənkənar seçkidə İLKLƏR YAŞANACAQ - 13-cü prezident kim olacaq?

Loading...
Türkiyədə növbədənkənar seçkidə İLKLƏR YAŞANACAQ - 13-cü prezident kim olacaq?

Qonşu ölkə Türkiyədə 24 iyunda növbədənkənar seçkilər keçiriləcək. 
 
Milli Məclis növbədənkənar seçkilərin keçirilməsini təsdiq etdikdən sonra Ali Seçki Komissiyası seçki təqvimini açıqlayacaq. 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu dəfəki seçki prosesində bir sıra ilklər yaşanacaq. Belə ki, seçicilər həm partiya, həm də prezident namizədləri üçün səs verəcəklər. Partiyalar ittifaq quraraq seçkidə iştirak edə biləcəklər. Məsələn, Ağ Partiya ilə  MHP (Milliyətçi Hərəkat Partiyası) seçkiyə "Cumhur ittifaqı" adı ilə qatılacaq.

Prezidentliyə namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməsə, onda 8 iyul, bazar günü ikinci dəfə səsvermə olacaq. Bu səsvermədə isə birinci mərhələdə ən çox səs toplayan iki namizəd iştirak edə biləcək. Bu səsvermənin nəticəsi Türkiyənin 13-cü prezidentini müəyyən edəcək. 

Lalə Nəsirova 
Sfera.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR