Loading...

"Sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyırdı" - MSK

Loading...

"Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətti"nə 300-ə yaxın müraciət daxil olub".

Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, sözügedən müraciətlər şikayət xarakterli olmayıb:

"Əsasən, müraciətlər informativ xarakter daşıyır. Seçkilərlə bağlı şikayət xarakterli müraciətlər olmayıb. Yəni, 11 aprel seçkilərində ciddi nöqsanlar qeydə alınmayıb. Biz ötən gün sosial şəbəkələrdə yayılan məlumatları da dərhal araşdırıb yoxlama apardıq. Ancaq həmin məlumatların heç biri öz təsdiqini tapmadı. Sosial şəbəkələrdə yayılan məlumatlar yalan idi, dezinformasiya xarakteri daşıyırdı".

Orxan Bəşirov
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR