Loading...
Ekspert: Satışa çıxarılan sosial mənzillər “kupçalı” olacaq

Ekspert: Satışa çıxarılan sosial mənzillər “kupçalı” olacaq

Loading...
Ekspert: Satışa çıxarılan sosial mənzillər “kupçalı” olacaq

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib.

Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də, saat 10.00-da başlayacaq və prosess avqustun 7-dək davam edəcək. Bu isə o deməkdir ki, təxminən bir ay sonra sosial mənzili almaq mümkün olacaq.

123 oxu.az-a istinadən xəbər verir ki, mənzillərin satışı "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir: 

"Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər” bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər.

Bu isə o deməkdir ki, elektron kabinetə sahib olmayan, amma mənzil almaq istəyən vətəndaşlarımız mayın 7-dək qeydiyyatdan keçməlidirlər.

Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. MİDA bildirib ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib. Bu isə o deməkdir ki, mənzillər "kupçalı” olacaq”.

Mənzillərin sahələrinə gəldikdə, ekspert deyir ki, xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, bir otaqlı mənzillər təxminən 40 kv. metr, iki otaqlı mənzillər 70 kv metrədək, üç otaqlı mənzillər isə 84 kvadrat metrədək olacaq.
www.123
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR