Loading...
Şəbnəm Tovuzlu Qocalar evində

Şəbnəm Tovuzlu Qocalar evində

Loading...
Şəbnəm Tovuzlu Qocalar evində

Tanınan müğənni Şəbnəm Tovuzlu qocalar evindəki insanların görüşünə gedəcək.
 
Sfera.az bildirir ki, müğənni qocalar evində 8 aprel tarixində konsert verəcək.

Şəbnəm Tovuzlu baş tutacaq konsertlə bağlı hisslərini "Instagram" səhifəsində bu sözlərlə ifadə edib: 
"Mən hələ uşaq yaşlarından yaşlılara qarşı isti olmuşam. Nənəmi babamı çox sevirdim. Deyirdim ki, mən böyüyüb sizə özüm baxacam. Amma, onları tez itirdim. Düşündüm ki, bir günümü bu gözü yolda olan qocalarımıza həsr edim. Onları az da olsa, sevindirim. Elə özüm də, xoşbəxt olum. Analar, atalar başımızın tacıdır. Onların qiymətini bilin. Çünki, bir daha dünyaya gəlməyəcəklər. Uca Allah valideyninə hörmət edən bəndəsini çox sevər".

Şükufə Süleymanlıı
Sfera.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load