Loading...

FHN-dən məcburi köçkünlərin binasındakı yanğınla bağlı AÇIQLAMA
Xəbərlər
- 03 Aprel, 2018
- 189 Baxış
Loading...

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.
Sfera.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və alov söndürülüb.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...