Loading...

"Rahim Namazov adlı jurnalist olmayıb" - Əflatun Amaşov

Loading...

Mətbuat Şurasının sədri Əflatun Amaşov Fransada güllələnən Rahim Namazovun jurnalist olmasına dair bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib. 
 
Lent.az-ın məlumatına görə, MŞ sədri özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, ölkənin bəzi kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib: "Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar".
 
 
Qeyd edək ki, bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib. APA-nın məlumatına görə, bu barədə www.francebleu.fr saytı xəbər yayıb.
 
 
Xəbərdə bildirilir ki, R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.
 
 
Saytın yazdığına görə, hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
 
 
Fransa saytları R. Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.




Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR