Loading...
Qəbul imtahanları başlayır!

Qəbul imtahanları başlayır!

Loading...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Dünən TQDK sədri Məleykə Abbaszadə bununla bağlı mətbuat konfransı keçirərək mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb. M.Abbaszadə bildirib ki, imtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılacaq. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunur.

33316 abituriyent ərizə təqdim edib

TQDK sədrinin bildirdiyinə görə, 2010-cu ildə III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib.


Sənəd verənlərin 30187 nəfəri Azərbaycan bölməsinin, 3129 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfərini oğlanlar, 24089 nəfərini isə qızlar təşkil edir. 16876 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 15732 orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır: "Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1630 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu ildən, ən gənc isə 1995-ci ildəndir. Bakı şəhərində 27807 abituriyent, Naxçıvanda 1893 abituriyent, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılır".

M.Abbaszadə qeyd edib ki, III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap ediblər. Onlara buraxılış vərəqəsi ilə yanaşı, "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb. TQDK sədri bildirib ki, abituriyentlər imtahana gələrkən özləri ilə 2 sənəd, "imtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər: "Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barəsində akt tərtib olunacaq. Onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar".

Abituriyentlər imtahanın

nəticələri ilə bağlı məlumatı

mobil telefondan da ala biləcəklər


İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizasının aparılacağını diqqətə çatdıran M.Abbaszadə deyib ki, həmin gün saat 20:00-da "Space" telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək: "III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər".

M.Abbaszadə qabiliyyət imtahanlarından da danışıb. O bildirib ki, III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 8-dən 14-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər: "Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq".

TQDK sədri bildirib ki, builki imtahanlarda I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqdır. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir".

M.Abbaszadə orta ixtisas məktəblərinə qəbulla bağlı da məlumat verib. Onun sözlərinə görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər.

Mətbuat konfransında həmçinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu elanı barədə mətbuat nümayəndələrinə məlumat verilib. TQDK sədri qeyd edib ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılacaq. M.Abbaszadə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumatın, o cümlədən qəbul aparılan ixtisasların siyahısının yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü sayında dərc olunacağını bildirib.



Abituriyentlərin mehribanlığı

Məleykə Abbaszadəni narahat edir


Daha sonra TQDK sədri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb. M.Abbaszadə bildirib ki, bu il imtahanlarda xüsusi nəzarət tətbiq olunacaq: "Bu il ali məktəblərə qəbul imtahanlarında köçürmə hallarına qarşı nəzarət tədbirləri bir qədər də sərtləşdirilib. Çünki əvvəlki illərdə keçirilən kütləvi imtahanlarda köçürmə hallarına rast gəlinir və buna yol verməmək üçün nəzarəti bir qədər də gücləndirmişik". O qeyd edib ki, xüsusən regionlardan olan abituriyentlər imtahan qaydalarını daha çox pozur. Hətta bu abituriyentlər arasında imtahana buraxılmaq üçün vacib olan sənədlərini özləri ilə götürməyənlər də var.

Məleykə Abbaszadə həm köçürmə hallarına yol verən, həm də müəyyən edilmiş imtahan vaxtından səmərəli istifadə edə bilməyən abituriyentlərə görə valideynləri də qınayıb: "Valideynlər uşaqlarına məsləhət verirlər ki, bir-biri ilə mehriban olsunlar. Onlar cəmiyyətdə də mehriban olmalıdırlar. Amma imtahanda hamı bir-birinin rəqibidir. Abituriyentlər var ki, 180 dəqiqəlik imtahan müddətinin 40 dəqiqəsini yanında oturan qızla və ya oğlanla söhbətləşir. Ona verilmiş vaxtdan səmərəli istifadə edə bilmədikdə isə lazımi nəticə göstərə bilmir. İstəyirik ki, abituriyentlər imtahanlara qaydaları bilib gəlsinlər. Əfsuslar olsun ki, əksər hallarda rayonlardan gələnlər sənədlərini evdə qoyub gəlirlər. Belə şəxslər imtahanlara buraxılmayacaq". Komissiya sədri imtahan nəticələrinin araşdırılması üçün xüsusi proqramdan istifadə olunduğunu da söyləyib: "Onun vasitəsi ilə köçürmə halları müəyyən edilərsə, nəticələr dərhal ləğv olunacaq. Təəssüflər olsun ki, əvvəlki illərin məzunları nizam-intizama riayət etmirlər və yeni məzunlara təsir göstərməyə çalışırlar. Biz bunu da nəzərə alaraq onları ayrı-ayrı binalarda yerləşdirməyi qərara almışıq. Abituriyentlər bilməlidirlər ki, imtahana ayrılan 3 saatın hər bir dəqiqəsi abituriyentin öz işinə sərf olunmalıdır".

I ixtisas qrupuna sənəd

vermiş abituriyentlər, tələsməyin!


I ixtisas qrupu üzrə imtahanlarla bağlı sualları cavablandıran M.Abbaszadə deyib ki, bu ixtisas qrupu üzrə imtahanlar Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Naxçıvanda da keçiriləcək. Məleykə Abbaszadə I ixtisas qrupuna sənəd vermiş abituriyentlərə tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, həmin abituriyentlərin imtahana buraxılış vərəqəsi sabah və ya birisi gün elan olunacaq. Bundan sonra məlum olacaq ki, I ixtisas qrupuna sənəd vermiş abituriyentlərdən hansıları Bakıda və ya Gəncədə imtahan verəcək. TQDK sədri onu da qeyd edib ki, hər bir ixtisas qrupu üzrə imtahanlardan 2 gün ərzində nəticələr elan olunacaq.

TQDK sədri magistraturaya qəbulla bağlı iyulun 28-dən başlayan Apellyasiya Komissiyasının bitməsindən sonra boş qalan yerlərə qəbul aparılacağını da deyib. Onun sözlərinə görə, dövlət sifarişli yerlər üçün qaydalarda isə heç bir dəyişiklik gözlənilmir.

Bütün Abituriyentlərə uğurlar Arzu edirik!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jeyibon

5 İyul 2010 14:06

Dünən 3cü gruplar verdi imtahani ele?

Qreqor Zamza

5 İyul 2010 14:02

Sitat: Britney Spears
gələn il bu vaxt da sənin üçün həyəcanlı olacam..bir də gözümü açacam ki, Patti instuta girib)Mən də ona laap böyük hədiyyə alacam)
laughing

winked love
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

YERAZGIRL

4 İyul 2010 18:26

mende bugun bduda imtahandaydim ozumun yox qohum var idi.qizdan cox ozum heycanliydim o gunlerim yadima dusdu.meleyke duz deyir kocurme hallari oldugu ucun ne qeder usaq imtahandan kenarlasdi ele aglayirdilarki.ureyim agridi yaziqlarin emekleri heder getdi neise hamiya ugurlar ALLAH HER SEYIN XEYRLISINI ETSIN

Fatime

4 İyul 2010 18:16

əziyyət çəkən bütün uşaqlar qəbul olunsun təki.

Naomi_Kempbel

4 İyul 2010 17:15

Uğurlar!

m.Hesenzade

4 İyul 2010 16:45

Sitat: Estela
Tebrik edirem Miti)))Inshallah yaxshi yox elaaa olar))))men inaniram)


İnşallah qadası Allah razı olsun elə həyacanlıydım bilmirəm niyə )))
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Estela

4 İyul 2010 16:43

m.Hesenzade,
Tebrik edirem Miti)))Inshallah yaxshi yox elaaa olar))))men inaniram)

m.Hesenzade

4 İyul 2010 16:42

Şükür rahatlaşdım inşallah yaxşı olar.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Miss_Zaqadka

4 İyul 2010 16:41

Sitat: Gitaristtttt
Haminiza ugurlar Allah qoysa yaxsi olar :)))

Sizoferni

4 İyul 2010 16:07

oy men kecen il yashamisha bu heyacani,basha dushurem imtahan verenleri,ugurlar inshallah hami istediyi yere qebul olar))

glamour_24

4 İyul 2010 12:59

her kese ugurlara

Qreqor Zamza

4 İyul 2010 11:22

Bütün abituriyentlərə uğurlar!İnşAllah yaxşı olar.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

_emil_

4 İyul 2010 10:15

Butun aituriyentlere ugular.. INSALLAH istedikleri neticeni toplyarlar .. AMIN!!!

psixoloq_01

4 İyul 2010 03:30

yahoo hami bax bele sevinsin amin insallah

SCHWEINSTEIGER

4 İyul 2010 02:47

he hele menim imtahanlarima var

Babaeva

4 İyul 2010 02:06

Hamiya ugurlar!

Tuvana

4 İyul 2010 02:00

Eh sabah evə güclə gedəcəm. BDUnun qabağından keçmək olar. :D
3-cü qrupa hazırlaşan iki tanışım attestat ala bilmədi. Onlar adına çox pis oluram. İki il idi ki, hazırlaşırdılar. Yəqin sabah onlar üçün əziyyətli günlərdən olacaq. Yəqin xeyirlisi belə imiş. İmtahan berəcək tələbələrə uğurlar. Layiq olanlar tələbə adın qazansın.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Sweety

4 İyul 2010 01:44

Hamiya uğurlar arzulayiram İNŞALLAH istədiyiniz bali yigarsiz AMİN!!!

UltrAslan

4 İyul 2010 01:09

Tanış Uşaqlar Var İmtahan Verən ... Onlar Girsəydi Bizdə Kef Eliyərdik Oların Şotuna ))))

Gitarist

4 İyul 2010 01:07

Haminiza ugurlar Allah qoysa yaxsi olar :)))

BABYFACE

4 İyul 2010 00:45

Hamiya ugurlar biz tereflerde 3e veren coxdu

NİNO

4 İyul 2010 00:30

Abituriyentlərin mehribanlığı

Məleykə Abbaszadəni narahat edir


köçürdən onsuzda köçürdür nea guya bu demekle ne hell olunur?

CrİsTiAnO RoNaLd

4 İyul 2010 00:22

Uğurlar hamıya bir şeyi başa düşmədim onların içində səhv oxumadıms ən yaşlısının 71 yaşı var idi bomb

Lunchi_Pulchi

4 İyul 2010 00:18

Sitat: Markiza
Abituriyent+ə uğurlar. winked ...ay daa yadıma düşür o həyəcanım,

həqiqətən indi yazılanları oxudum bir qəribə oldum yadındadı məleykənin ağzına necə baxırdıq görək indi nə deyəcək,nə istəyəcək bizdən,neynəməliyik.eeeehhhh.
hamıya uğurlar.bildiyim qədəriylə sabah 3cü qrupun imtahanıdır .uğurlar.inşallah ən layiq olan da tələbə olar

PRAQMATIK

4 İyul 2010 00:15

Sitat: Paris
Bütün abituriyentlərə uğurlar və bol şanslar diləyi ilə.

l2a1000

4 İyul 2010 00:12

Hamiya ugurlar

lady_nevroz

4 İyul 2010 00:05

hamya ugurlar. bye

DELMONT

3 İyul 2010 23:44

ugurlar drinks

Jeyibon

3 İyul 2010 23:42

Bu il tandııqlarımdan imtahan verəcəklər çoxdur..

MASTER-SAN

3 İyul 2010 23:38

Sitat: Kafujidota
Menim qardasim 2-ci qrupa imtahan verir.Hamiya ugurlar

Senin qaqawivada ugurlar onda ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye