Loading...
Azərbaycana  gələn turistlərin sayı çoxalıb

Azərbaycana gələn turistlərin sayı çoxalıb

Loading...
Azərbaycana  gələn turistlərin sayı çoxalıb

Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı çoxalıb.
 

Sfera.az xəbər verir ki,bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
 

N.Bağırovun sözlərinə görə, artım daha çox bu ilin yanvar ayından müşahidə edilir:

"Hindistanla birbaşa uçuşlarımız olmasa da, bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Artıq paytaxt küçələrində də hindistanlı turistləri daha çox görürük”.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana Hindistandan 3434, Pakistandan 3136, Çindən 1237 nəfər gəlib.

2017-ci ildə Azərbaycana Pakistandan 17 558, 2016-cı ildə 3998, 2015-ci ildə 2193, 2014-cü ildə 1817 nəfər turist gəlib.

2017-ci ildə Hindistandan Azərbaycana 14 173, 2016-ci ildə 6012, 2015-cı ildə 5584, 2014-cü ildə 4853 nəfər turist səyahət edib.

2017-ci ildə Çindən ölkəmizə 10 258, 2016-cı ildə 7363, 2015-ci ildə 5094, 2014-cü ildə 5930 nəfər əcnəbi gəlib.
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR