Loading...
Qadınlar niyə kişilərdən daha çox ağlayır? – ELMİ İZAH

Qadınlar niyə kişilərdən daha çox ağlayır? – ELMİ İZAH

Loading...
Qadınlar niyə kişilərdən daha çox ağlayır? – ELMİ İZAH

Dünyaya gələrkən öncə ağlamağı, daha sonra isə gülməyi öyrənirik. Bəzən ağlamağın da insan üçün faydalı olduğu deyilir. Ağlamaq acıya, çətinliyə, stressə güc gəlməkdə əsas vasitə hesab olunur. "Ağla rahatlaşacaqsan, özünü daha yüngül hiss edəcəksən” kimi deyimləri dəfələrlə eşitmişik. 

Göz yaşlarının insan səhhəti üçün də faydaları danılmazdır. Elm də sübut edir ki, göz yaşlarının tərkibində olan lizosim maddəsi təbii antibiotik olmaqla gözləri müxtəlif bakteriyalardan qoruyur. Göz yaşları ilə bağlı aparılmış araşdırmaların nəticələri sübut edir ki, dərddən, kədərdən ağladıqda göz yaşları duzlu,  sevincdən ağladıqda isə əksinə şirin olur.  

Elmi araşdırmalar da sübut edir ki, göz yaşlarının 98%-i su, digər 2 faizi isə duz, zülal, hormonlardan ibarətdir. Alimlərin araşdırmalarına görə daha çox ağlayan insanlar daha kreativ olurlar. 

Qadınlardan fərqli olaraq kişilər daha az ağlayır ki, bunun da elmi izahı var. Əldə edilən nəticələr bununla izah edilir ki, kişi hormonu olan testosteron göz yaşlarının ifrazını azaldır. Yaşlaşdıqca testosteronun ifrazının azalması kişiləri bu mövzuda daha həssas edir. Qadın hormonu oksitosin isə göz yaşlarının ifrazını artırdığı üçün onlar daha çox ağlayır.

Nigar Məhərrəm
Sfera.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR