Loading...
Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Loading...
Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində Xətai rayonu Məhəmməd Hadi küçəsində təmir-tikinti işlərinə start verib.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, küçə 6 hərəkət zolaqlı olmaqla uzunluğu 4,4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metrostansiya (Əhmədli və H.Aslanov m.st.) və bir-neçə istiqamətdən gələn yolların kəsişdiyi bir böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu səbəbdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm "nəqliyyat arteriyası” hesab olunur.

Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu 130 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.

Bundan başqa, küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.

Tikinti layihəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir. Asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi "cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.

Qeyd edək ki, küçənin təqribən 1 km-lik hissəsində artıq təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
 
=
 




Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR

Bakının əsas küçələrindən birinin görünüşü tam dəyişir - FOTOLAR
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR