Loading...
Palma yağı həqiqətən xərçəngə səbəb olur? - Uşaq qidalarında da var

Palma yağı həqiqətən xərçəngə səbəb olur? - Uşaq qidalarında da var

Loading...
Palma yağı həqiqətən xərçəngə səbəb olur? - Uşaq qidalarında da var

Bu gün mətbəximizdə fərqində olmadan ən çox istifadə etdiyimiz bitkilərdən biri də palma yağıdır. Bu yağdan hətta uşaq qidalarının tərkibində, vafli, biskvit ruletlər, tort və kremlərin hazırlanmasında da istifadə edilir. Palma yağının tərkibində çox miqdarda doymamış yağlar var ki, bu da insan səhhəti üçün kifayət qədər zərərlidir. Hətta bir çox alimlər də haqlı olaraq iddia edirlər ki, bu cür yağlar ürək və damar xəstəliklərinin yaranmasına səbəb olur. Məhz bu səbəbdən də palma yağının uşaq qidalarında istifadəsi tövsiyə olunmur. Hətta bir sıra elmi məqalələrdə palma yağının xərçəngə səbəb olduğu qeyd edilir. Ancaq bu yağ bazardakı digər yağlardan ucuz olduğu üçün yeyinti sənayesindəki firmalar qidaların tərkibinə palma yağı qatmağa davam edirlər.

Uzun zamandır ki, bu yağla bağlı aparılan müzakirələr səngimək bilmir. Bu gün marketlərdən aldığımız məhsulların tərkibi, qatqıları haqda məlumat siyahısında biz palma yağının da adına rast gəlirik. Əksər hallarda istehsalçılar bu adı bitki yağı ifadəsi altında gizlətməyə çalışırlar. Əvvəllər qidanın tərkibindəki yağın növü açıq-aşkar yazılırdı. Yəni, qarğıdalı, günəbaxan və ya fındıq yağı olduğu qeyd olunurdu. İndi isə təkcə bitki yağı yazmaqla kifayətlənən kifayət qədər brend var.

Palma yağının qidalarda istifadəsi nə dərəcədə düzgündür?

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"Hər zaman palma yağı haqda fikirlərim müxtəlif olub. Lakin ötən il Brazilyada İstehlakçı Hüquqlarının Ümumdünya konqresində iştirak edən zaman orada bu məsələni müzakirəyə çıxartdım. Bəlli oldu ki, palma yağının iki növü var: texniki və qida məqsədi ilə istifadə edilən növlər. Qida üçün nəzərdə tutulan palma yağları yaxşı istehlak məhsullarından biri hesab edilir. Artıq palma yağı haqda olan mənfi fikirlər dəyişdirilməlidir. Sovet məkanında palma yağı ilə bağlı Rusiya ilə qərb arasında yaranan qalmaqaldır. Yəni biri digərinin bazarına daxil olmaq üçün bu cür rezonanas doğuracaq fikirləri ortaya atıb”.
 
Eyyub Hüseynov onu da bildirib ki, məhsulun tərkibi haqda aydın məlumat yazılmalıdır:
 
"Bitki yağı yazıldıqda mörtərizədə izahı da verilməlidir. Qanunvericilikdə də yazılır ki, istehlakçının mal haqda ətraflı məlumat almaq hüququ var”.

Nigar Məhərrəm
Sfera.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load