Loading...
Sumqayıtda dəhşət: 1 evdən 6 meyit tapıldı

Sumqayıtda dəhşət: 1 evdən 6 meyit tapıldı

Loading...
Sumqayıtda dəhşət: 1 evdən 6 meyit tapıldı

Sumqayıtda bir evdə 6 meyit tapılıb.

Sfera.az "Qafqazinfo"ya istinadən bildirir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev sayta açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: "Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binada yaşayırmış.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR