Loading...
Professor:

Professor: "Bu il payız-qış mövsümündə kəskin respirator virus və qrip epidemiyası sürətlə yayılıb”

Loading...
Professor:

"Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda kəskin respirator virus və qrip epidemiyası sürətlə yayılıb”.
 
 APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev "1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib.
 
O bildirib ki, xəstəliyin uzun müddət davam etməsi pnevmaniyaya keçməsinə səbəb olur: "Uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmasının düşməməsinə, yataq rejimində olmasına səbəb olur”.

 
S. Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, orta hesabla dünyada insanların 10 faizinin immuniteti çox yüksəkdir: "İnsanların 10 faizində isə bu və ya digər formalı immun çatışmazlıqları var.
 
Yerdə qalan 80 faizə yaxın insanın immuniteti özlərindən asılıdır. Bu, onların normal həyat tərzi, qidalanması, fiziki gərginliyi, ekoloji amilləri, yuxu rejimi ilə bağlıdır".


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR