Loading...
Ekspertdən diplomu xaricdə tanınmayanlar üçün çıxış yolu

Ekspertdən diplomu xaricdə tanınmayanlar üçün çıxış yolu

Loading...
Ekspertdən diplomu xaricdə tanınmayanlar üçün çıxış yolu

Ölkəmizdə təhsil alan minlərlə gənc var. Ancaq onların diplomları bir çox ölkədə tanınmır.
 
Bəs xaricdə təhsilini davam etdirmək və ya işləmək istəyənlər nə etməlidirlər? 
 
Sfera.az-a bu barədə açıqlama verən təhsil üzrə ekspert,tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı Azərbaycanın diplomlarının bir sıra ölkələrdə tanındığını deyib:
 
"Diplomların tanınmağı üçün ilk növbədə ölkələr arası müqavilələr olmalıdır. Hansı dövlətlərlə müqaviləmiz varsa, diplomlarımız o dövlətlər tərəfindən tanınır. Bir çox ölkələri misal göstərmək olar: Türkiyəni, Rusiyanı və s. İnkişaf etmiş ölkələrin çoxu ilə elə müqavilələrimiz yoxdur".
 
Məhərrəm Zülfüqarlı son illər diplomların öz əhəmiyyətini müəyyən dərəcədə itirdiyini bildirib: 

"Bildirim ki, inkişaf etmiş ölkələrdə diplomlar elə də güclü məna kəsb etmir. Bir sıra ölkələr var ki, bizim azərbaycanlı gənclər orda yaxşı vəzifələrdə işləyirlər. Çünki inkişaf etmiş ölkələrdə işverənin özü işə götürdüyü şəxsi imtahandan keçirir. Diploma fikir verilmir, bacarıq daha önə çəkilir".
 
O, bildirib ki, bəzi sertifikatlar var ki, diplomdan belə əhəmiyyətli qəbul olunur:
 
"İnkişaf etmiş ölkələrdə diplom əsas sayılmır. Hətta bəzi sertifikatlar var ki, universitet diplomlarından yüksəkdir. O sertifikatı aldıqdan sonra heç bir problem olmur”.

 
Nihat HÜSEYNZADƏ
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR