Loading...
Bu məhsullar bahalaşacaq - Ekspertdən AÇIQLAMA

Bu məhsullar bahalaşacaq - Ekspertdən AÇIQLAMA

Loading...
Bu məhsullar bahalaşacaq - Ekspertdən AÇIQLAMA

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,38 dollar və ya 2,03% azalaraq 66,61 dollar təşkil edib.

Bunun ölkə iqtisadiyyatına təsiri necə olacaq? 

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, "Azərlight” markalı neftin qiyməti beynəlxalq brend markalı neftin qiymətinə uyğun müəyyənləşdirilib:
 
"Son iki gündə brend markalı neftin qiymətində ciddi azalma müşahidə edilib. Təkcə iki gün ərzində 3 faizədək azalma olub. Bu səbəbdən "Azərlight” markalı neftin qiymətində də azalmalar müşahidə edilib”.
 
N.Cəfərlinin sözlərinə görə Amerikada neft hasilatında, xüsusən də dərin qatlarda çıxan neftin hasilatında ciddi artımların olması qiymətlərə təsir edib:
 
"Amerikada hər həftə neftin hasilatında ciddi sürətdə artım müşahidə edilir. Neft hasilatına görə, Amerika demək olar ki, Rusiyaya çatıb”.
 


İqtisadçının sözlərinə görə, yaxın bir ayda neft hasilatına görə ABŞ-ın Səudiyyə Ərəbistanı da keçməsi gözlənilir:
 
"ABŞ-da baş verən proseslər neft bazarında həlledici rol oynayır. Bununla da ABŞ həm də xaricdən aldığı neftin həcmini azaldır. Beləcə bazarlarda gərginlik yaranır. Azərbaycan iqtisadiyyatının isə neftdən asılılığı yüksək səviyyədədir. Çünki ixracatın 90 faizi birbaşa olaraq neftlə əlaqəlidir. Ölkəyə daxil olan valyutanın da 90 faizi neft gəlirlərindəndir. Bu səbəbdən neftin qiymətində baş verəcək ciddi dəyişiklik ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

N.Cəfərlini sözlərinə görə hələlik neftin qiymətində ciddi dəyişikliklərin olmaması səbəbdən istehlak bazarında da gözəçarpacaq bahalaşma gözlənilən deyil:
 
"Lakin hələlik neftin qiyməti kifayət qədər yüksəkdir. Bir il öncə heç kəs düşünmürdü ki, neftin qiyməti 60 dollardan yüksək ola bilər. O zaman verilən proqnozlara görə ən yaxşı halda neftin qiymətinin 50-60 dollar olacağı gözlənilirdi.  Lakin hələlik "Azərlight” neftinin qiyməti 60-65 dollar civarındadır. Bu səbəbdən iqtisadiyyat üçün ciddi təhlükə yoxdur”. 

Neftin qiyməti enməkdə davam edərsə, bəzi sahələrdə qiymətlərdə ciddi dəyişikliklər olacaq:
 
"Lakin qiymətlərin aşağı düşməsi davam etsə, yenidən 50 dollar və bu civarda olarsa, o zaman bunun yerli iqtisadiyyata daha ciddi təsirlərini görə biləcəyik. Nəticədə ölkəyə daxil olan valyutanın həcmi azalacaq, ixracat azalacaq ki, bu da makroiqtisadi göstəricilərə ciddi təsir edəcək. Həmçinin manatın məzənnəsinə də öz təsirini göstərəcək. Məzənnədə ciddi dəyişiklik olsa, ölkədə bütün iqtisadiyyata təsir edəcək. Çünki Azərbaycan iqtisadiyyatdan asılı bir ölkədir. Dərman preparatları, elektrotexnika məhsulları, uşaq qidalarında isə idxaldan asılıq 100 faizdir. Bu bahalaşma qida bazarına da təsirini göstərəcək”.

Nigar Məhərrəm

Sfera.az
Bu məhsullar bahalaşacaq - Ekspertdən AÇIQLAMA
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR