Loading...
Yeni Samsung smartfonlarının qiymətləri məlum oldu

Yeni Samsung smartfonlarının qiymətləri məlum oldu

Loading...
Yeni Samsung smartfonlarının qiymətləri məlum oldu

Jurnalist Even Blass yeni Samsung Galaxy S9 və S9+ smartfonların qiymətini açıqlayıb.

Sfera.az bildirir ki, o, bu barədə Twitter-də yazıb.

Blass bildirib ki, Galaxy S9-un qiyməti 841 avro (1750 manat) olacaq. S9+ smartfonu isə alıcılara 997 avroya (2070 manat) başa gələcək.

5,8 düym diaqonallı ekrana malik S9 və 6,2 düym ölçüdə ekrana malik S9+ əvvəlki nəsil smartfonlardan çox fərqlənməyəcəklər. 

Birinci model dörd giqabayt əməliyyat və 64 giqabayt quraşdırılmış yaddaşa, ikinci model isə müvafiq olaraq altı və 128 giqabayt yaddaşa malik olacaq.

Galaxy S9 və S9+ əsas üstünlükləri şəkil və videoların emalı üçün aparat və proqram təminatının yenilənməsdir.
 
Qeyd edilir ki, smartfonlar martın 16-dan satışa çıxarılacaq.(Oxu.Az)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR