Fon yüklənir...
Загрузка...

Avropa İttifaqına Qarabağ çağırışı – “Kənardan baxmayın”

Загрузка...
Avropa İttifaqına Qarabağ çağırışı – “Kənardan baxmayın”

"Nəhayət, Dağlıq Qarabağda münaqişənin başlamasından 30 il sonra Avropa İttifaqı bu məsələyə diqqət ayırmalıdır”. 

Sfera.az xəbər verir ki, "Euroactiv” saytında dərc edilmiş məqaləsində ispaniyalı politoloq Dieqo Pinto belə deyib. Politoloq Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldığını bildirib:

"ATƏT-in Minsk qrupu Qarabağ probleminin dinc yolla həlli üçün beynəlxalq səylərə rəhbərlik edir. Avropa İttifaqı isə Minsk qrupunun fəaliyyətini nəzəri olaraq dəstəkləyir və münaqişənin həll prosesinə yaxın dayanmır. Halbuki Avropa İttifaqının münaqişənin həll prosesində geniş manevr imkanları var. İttifaq bölgədə təhlükəsizliyin təmin edilməsində ciddi işlər görə bilər. 30 ildən sonra Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin mərkəzində yer almasının vaxtı çatıb”, - deyə Dieqo Pinto qeyd edib.


Mənsur Rəğbətoğlu
 
Sfera.az
Загрузка...
loading...
Загрузка...