Loading...
Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Loading...
Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

11 Apreldə baş tutacaq növbədənkənar prezident seçkiləri ilə bağlı artıq 13 nəfər namizəd var. Onlardan 5-nin prezidentliyə namizədliyi təsdiqlənib. Bəs biz namizədlərimizi nə qədər tanıyırıq? Seçicilər olaraq, onların bu günə kimi hansı uğurları qazandıqlarından, hansı dilləri bildiklərindən və s. xəbərdarıqmı? 
 
Sfera.az bu suallara cavab vermək üçün namizədliyi təsdiqlənmiş şəxslər haqqında qısa məlumatları təqdim edir: 
 
İlham Əliyev - YAP-ın namizədi
 


İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
 
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi var.
 

Zahid Oruc - (Namizədliyini fərdi qaydada irəli sürüb)
 
Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsini daşıyıb. Ehtiyatda olan zabitdir.1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.
 
2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edib və bununla da təmsil etdiyi Ana Vətən Partiyasının sıralarından azad olub.
 
Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.


Qüdrət Həsənquliyev - (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi)
 
 

Həsənquliyev Qüdrət Müzəffər oğlu 9 dekabr 1965, Əbrəqunus, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR) - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 2003-cü, 2008-ci il və 2013-cü Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd.

Qüdrət Həsənquliyev 9 dekabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.

1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından iştirak edib və səslərin 0.5% toplamaqla 8 namizəd arasında 7-ci yeri tutub. 

Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan «İlin Ən fəal millət vəkili» nominasiyası üzrə «Mütərəqqi ideyalar müəllifi» mükafatı ilə təltif olunub. 2005, 2006, 2007, 2008, 2009, 2010-cu illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib.


Tural Abbaslı - Ağ Partiyanın namizədi



Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib.1999-2003-cü illərdə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2001-2007-ci illərdə Müsavat Gənclər Təşkilatının sədr müavini olub.

2005-2010-cu illərdə Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müavini olub. 2007-2013-cü illərdə Müsavat Gənclər təşkilatının sədri, 2007-2014-cü illərdə Müsavat Partiyası Məclis üzvü olub. 2010-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biridir. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olub. 2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.
 
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[4] Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

 
Anar Umudov - (Namizədliyini fərdi qaydada irəli sürüb)
 


Anar Azər oğlu Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Federasiyasının Voronej vilayətində anadan olub. 1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda "Tərəqqi liseyi” adlanan 66 №-li orta məktəbi bitirib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub. 
2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olub. 10 illik peşəkar fəaliyyəti dövründə mütəmadi olaraq qanunvericilik normalarının tətbiqi ilə məşğul olan Anar Umudov hüququn müxtəlif sahələrində ixtisaslaşıb.
 
2005 – 2008-ci illərdə "İnterturan service” hüquq müəssisəsində hüquqşünas, Azərbaycan Müəllimlər İnstitutunda baş hüquqşünas, ANS Kommers şirkətində hüquq məsləhətçisi, «Xəzər – Gələcək Naminə Tərəfdaşlıq» İctimai Birliyində icraçı direktor vəzifələrində çalışıb.
 
2008-ci ildə mebel sahəsində Cənubi Qafqaz regionunda lider olan, o cümlədən Qazaxıstan, Gürcüstan, Ukrayna və sair ölkələrdə Azərbaycanı layiqincə təmsil edən «Embawood» şirkətində hüquqşünas kimi fəaliyyətə başlamış, 2011-ci ildə isə həmin şirkətin hüquq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib.
 
2009-cu ildə ən gənc vəkillərdən biri kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuşdur. Vəkillik fəaliyyətinə 1 saylı hüquq məsləhətxanasında başlamış Anar Umudov, 2012-ci ildən fərdi vəkil kimi fəaliyyət göstərir.

2010-cu ildən təsisçisi olduğu «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» şirkətinin 5 illik uğurlu fəaliyyətinə rəhbərlik edir.

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.

 
Ailəlidir, 4 övladı var.

Aydan Lətifova 
Sfera.az

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO

Prezidentliyə namizədlərimizin keçmişi - FOTO
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR