Loading...
Çəltikçiliyin inkişafına dair dövlət proqramı təsdiqlənib

Çəltikçiliyin inkişafına dair dövlət proqramı təsdiqlənib

Loading...
Çəltikçiliyin inkişafına dair dövlət proqramı təsdiqlənib

Prezident İlham Əliyev"Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
 
Kənd Təsərrüfatı Nazirliyi isə tapşırılıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR