Loading...

"AVRO-2018": Azərbaycan İspaniyaya uduzdu, Portuqaliya ilə oynayacaq
Xəbərlər
- 05 Fevral, 2018
- 210 Baxış
Loading...

Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.
123 xəbər verir ki, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.
Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.
Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.
Oyunlar 5-6 fevralda keçiriləcək.
Avropa çempionatı
4 fevral
Azərbaycan - İspaniya 0:1
Qol: A. A. Perreyra, 13:21.
www.123
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...