Fon yüklənir...
Загрузка...

Alkoqolizm xərçəng xəstəliyinin 7 növünə gətirib çıxara bilər

Загрузка...
Alkoqolizm xərçəng xəstəliyinin 7 növünə gətirib çıxara bilər

Xərçəng çarəsiz xəstəlik deyil. Sağlam həyat tərzi, xəstəliyin erkən diaqnostikası və müvafiq müalicə tədbirləri bu xəstəliyə qalib gəlməyə kömək edə bilər.

AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, fevralın 4-də qeyd edilən Dünya Xərçəngə qarşı Mübarizə Günü ərəfəsində Dünya Səhiyyə Təşkilatının (DST) xərçəng xəstəliyinin əsas səbəblərini xatırladıb.

DST-nin məlumatına görə, hazırda bütün dünyada ölüm hallarının əsas səbəblərindən biri onkoloji xəstəliklərdir. Həkimlər hər il 14 milyona yaxın yeni xərçəng xəstəsi yaranmasını bildirirlər. Proqnozlara görə, yaxın 20 ildə xərçəngə tutulmuş xəstələrin sayı 70 faiz artacaq.

Dünyada ölüm hallarının əsas səbəbləri sırasında ikinci yeri xərçəng xəstəliyi tutur. Məsələn, 2015-ci ildə bu xəstəlikdən ölənlərin sayı 8,8 milyon nəfər olub. Dünyada ölüm hallarının altıda bir hissəsi xərçəng xəstəlikləri ilə bağlıdır. DST-nin press-relizində bildirilir ki, əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə xərçəngdən ölüm göstəricisi daha yüksəkdir.

Onkoloji xəstəlik hallarının üçdə bir hissəsi qeyri-sağlam həyat tərzi, düzgün olmayan qida rasionu, çəki artıqlığı, fiziki fəallığının olmaması, siqaretçəkmə və alkoqollu içkilərə aludəliyin nəticəsidir.

Rusiyada və bəzi başqa postsovet ölkələrində qaraciyər xərçəngi, habelə baş və boyun nahiyəsində şişlər daha geniş yayılıb. Ekspertlər bu xəstəlikləri alkoqollu içkilərə hədsiz aludəliklə izah edirlər.

DST-nin dərc etdiyi tədqiqatın nəticələrində göstərilir ki, dünyada alkoqol istehlakının ən yüksək səviyyəsi Avropa regionunda müşahidə olunur. Bu təşkilatın ekspertləri inandırırlar ki, alkoqol düşgünlüyü xərçəng xəstəliyinin ən azı 7 növünə səbəb ola bilər: bağırsaq xərçəngi, süd vəzisinin xərçəngi, qida borusunun, udlağın, qaracıyərin, ağız boşluğunun və boğazın xərçəngi.

Alkoqolun əsas kanserogen komponenti olan etanol alkoqollu içkilərin bütün növlərinin tərkibinə daxildir. Toxumaların zədələnməsinin əsas səbəbi məhz bu komponentdir. Etanol həm də qadın hormonlarına təsir göstərir, süd vəzisi xərçənginin inkişaf etməsi riskini artırır. İçki içməklə bərabər həm də siqaret çəkən insanın toxumalarının zədələnmə dərəcəsi qat-qat artır.

Qadın gündə dörd bokal şərab içərsə onun süd vəzisinin xərçəngi xəstəliyinə tutulma riski 50 faiz, gündə 8 bokal içən qadınlarda isə bu risk 130 faiz artır. Spirtli içkilərin təhlükəsiz istifadəsinin dəqiq müəyyən olunmuş aşağı həddi yoxdur. Bu isə o deməkdir ki, hətta kiçik dozada alkoqol qəbul edilməsi də xərçəngin inkişaf etməsi riskini artırır.




Загрузка...
loading...
Загрузка...