
Safura ikinci oldu
- 18 İyun, 2010
- 4 155 Baxış
Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil etmiş Səfurə Əlizadə müsabiqədə iştirak edən xanım sənətçilər arasında gözəlliyinə görə ikinci olub
Hələ mahnı müsabiqəsindən öncə həm xanım, həm də kişi təmsilçiləri arasında internet vasitəsilə gözəllik müsabiqəsi elan olunub. Bu günlərdə isə “Eurovision-2010” mahnı müsabiqəsinin ən gözəli və yaraşıqlısı internet müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə bir çox xanım təmsilçiləri geridə qoyaraq səsvermədə ikinci yeri tutub.
“Eurovision-2010” müsabiqəsində ən gözəl xanım təmsilçisi adına 31,35% səslə Rumıniya təmsilçisi Paula Seling layiq görülüb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə 22,56% səs toplayıb. Ermənistan təmsilçisi Eva Rivas 13,86% səslə üçüncü, Xorvatiya təmsilçisi Nika Antolos 6,53% səslə dördüncü, ”Eurovision-2010” mahnı müsabiqəsinin qalibi olan Almaniya təmsilçisi Lena Meyer-Landrut 5.97% səslə beşinci, Ukrayna təmsilçisi Alyoşa 4,29% səslə altıncı, Gürcüstan təmsilçisi Sofia Nijaradze 2,98% səslə yeddinci, Portuqaliya təmsilçisi Filipa Azevedo 1,89% səslə səkkizinci, Moldova təmsilçisi Olia Tira 1,87% səslə doqquzuncu, İsveç təmsilçisi Anna Bergendahl isə 1,8% səslə onuncu olub. Digər xanım təmsilçiləri ilə onluqdan sonrakı siyahını paylaşıblar.
Kişi müğənnilər arasında “Eurovision-2010” müsabiqəsinin ən yaraşıqlısı adını Türkiyə təmsilçisi, “MaNga” qrupunun vokalçısı Fərman Akgül qazanıb. O, 37,54% səslə digər kişi təmsilçilərini geridə qoyub. Kişilər arasında II yeri 23,09% səs toplayan İsrail təmsilçisi Harel Skaat tutub. Polşa təmsilçisi Marcin 8,79% səslə üçüncü olub.