Loading...

"Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilib

Loading...

Daha

Bakı. 19 iyun./ "Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.

Hava Limanının mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük 6 reyslə Monreal şəhərindən gətirilib. Daha 2 reys bu həftə yerinə yetiriləcək.

Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər.

"Formula-1" Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

float: left; width: 100%;">


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR