Loading...
Məhkəmə Bakı-Quba yolunda üç nəfərin ölümünə səbəb olan sürücünün cəzasını azaldıb

Məhkəmə Bakı-Quba yolunda üç nəfərin ölümünə səbəb olan sürücünün cəzasını azaldıb

Loading...
Məhkəmə Bakı-Quba yolunda üç nəfərin ölümünə səbəb olan sürücünün cəzasını azaldıb

Bakı. 18 may. / Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vitaliy Sarayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Aqil Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, V.Sarayevin 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Sarayev 19 mart 2013-cü tarixdə saat 00:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Rav 4“ markalı, 10 VN 702 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində Bakı şəhəri istiqamətində Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınla toqquşub. Nəticədə “Toyota Rav 4“ markalı avtomobildə olan sərnişinlər - 1951-ci il təvəllüdlü Şükür Əliyevlə 1965-ci il təvəllüdlü Nahid Məmmədov və digər maşında olan sərnişin 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində ölüb.

Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunan V.Sarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, 2015-ci ilin dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. V.Sarayev məhkəmə zalında həbs olunub. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR