Loading...
Səyyar “ASAN xidmət” Mərdəkanda vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” Mərdəkanda vətəndaşlara xidmət göstərəcək

Loading...
Səyyar “ASAN xidmət” Mərdəkanda vətəndaşlara xidmət göstərəcək

Bakı. 16 may. / Səyyar “ASAN xidmət” mayın 16-dan 31-dək Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bununla yanaşı, Səyyar “ASAN xidmət” tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Qeyd edək ki, Səyyar “ASAN xidmət”in 10 avtobusu və həmçinin səyyar “ASAN qatar” dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ətraflı məlumat üçün vətəndaşlar 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR