Loading...
Şamaxıda qardaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Şamaxıda qardaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Loading...
Şamaxıda qardaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Bakı. 9 may. / Sumqayıt Apellyasiya Məhkəməsində Şamaxıda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Rəşidzadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.

İttiham aktına əsasən, Şamaxı rayon sakini, 1971-ci il təvəllüdlü Azad Əli oğlu Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı, 1967-ci il təvəllüdlü Azər Əli oğlu Rəşidovu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə Əlişah qızı İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR