Loading...
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Komitə sədrinin müavini Bakıya gələcək

Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Komitə sədrinin müavini Bakıya gələcək

Loading...
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Komitə sədrinin müavini Bakıya gələcək

Bakı. 24 aprel. / Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Komitə sədrinin müavini Viktor Jukov Bakıya səfər edəcək. "Report"un əldə etdiyi məlumata görə, V.Jukov Bakıda keçiriləcək XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgilərində iştirak edəcək.

Qeyd edək ki, aprelin 26-28-də "Baku Expo Center"də XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2017”) sərgisi keçiriləcək. Tədbir dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayacaq.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edəcəklər.

Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcək.

“TransCaspian/Translogistica 2017” sərgisi VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic 2017”) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2017”) sərgiləri ilə eyni meydançada keçiriləcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR