Fon yüklənir...
Загрузка...

Ucarda mikroavtobus qəzasında yaralananların adları məlum olub - SİYAHI

Загрузка...
Ucarda mikroavtobus qəzasında yaralananların adları məlum olub - SİYAHI

Ucar. 19 aprel. / Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, qəza bu gün axşam saat 18:00-da Bakı-Qazax avtomobil yolunun 198-ci km-də qeydə alınınb.

Belə ki, Bakıdan Gəncəyə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirərək qəza törədib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlər - Gəncə şəhər sakinləri, 1973-cü il təvəllüdlü Aybəniz Şakir qızı Musayeva, 1971-ci il təvəllüdlü Vidadi Cahangir oğlu Abbasov, 1967-ci il təvəllüdlü Fərrux Heydər oğlu Abbasov, 1952-ci il təvəllüdlü Osman Valeh oğlu Həsənov, 1950-ci il təvəllüdlü Rəbiyyə Əzim qızı Əliyeva və 1968-ci il təvəllüdlü İmran Bəhmən oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a onların vəziyyətinin orta-ağır qiymətləndirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
loading...
Загрузка...