Loading...

Bakıda xəstəxanada ölən uşağın valideynləri həkimi ittiham edirlər
Xəbərlər
- 10 Aprel, 2017
- 470 Baxış
Loading...

Bakı. 10 aprel. / Bakıda bronxial astma xəstəliyindən əziyyət çəkən uşaq dünyasını dəyişib.
"Report"un xəbərinə görə, onun həkim səhlənkarlığı ucbatından öldüyü iddia edilir.
Belə ki, Respublika Uşaq Klinik Xəstəxanasında müalicə olunan 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu naməlum şəraitdə ölüb. S.Əyyubzadənin valideynləri uşağın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edirlər.
Onun meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib və ekspertlər təyin edilib. Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı hələ ki, Səhiyyə Nazirliyinindən münasibət öyrənmək mümkün olmayıb.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...