
“Eurovision-2010”
- 29 May, 2010
- 3 435 Baxış
Bu gün Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
Final konsertini “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak ötən il ona qalibiyyət gətirən “Fairytale” mahnısının yeni versiyası ilə açıq elan ediləcək. Finaldan əvvəl keçirilən əsas məşqdə finalda çıxış edəcək 25 ölkə təmsilçisinin hər biri öz mahnısını nümayiş etdirib. Finalda 25 ölkə arasında 1-ci Azərbaycan təmsilçisi Səfurə Əlizadə çıxış edib. Onun əsas məşqdəki ifasını qənaətbəxş qiymətləndirmək olar. Əsas məşqdə İsrail təmsilçisi Harel Skaat “Milim” mükəmməl ifa nümayiş etdirib. Ermənistan təmsilçisi Eva Rivasın ifası zamanı onun səsi titrəyib. “Eurovision-2010” müsabiqəsinin əsas favoritlərindən biri olan Almaniya təmsilçisi Lena “Satellite” mahnısını o qədər də yaxşı ifa etməyib. Hətta sənətçinin əsas məşqdə ifası zamanı nəfəsinin çatmaması da nəzərdən qaçmayıb. Onu da bildirək ki, artıq bu məşqə əsasən bu il müsabiqədə təmsil olunan 39 ölkənin hər birinin öz münsiflər heyəti finalda iştirak edəcək 25 təmsilçiyə səslərini verirlər. Artıq məlum olduğu kimi bu il “Eurovision-2010” müsabiqəsində qalib 50-50-yə seçiləcək. Yəni səslərin 50 faizi hər ölkənin münsiflər heyətinə, digər 50 faizi isə tamaşaçıların səsverməsi ilə olacaq.