Loading...
Şəmkir sakini torpaq sahəsinə görə əmisi arvadını döyüb

Şəmkir sakini torpaq sahəsinə görə əmisi arvadını döyüb

Loading...
Şəmkir sakini torpaq sahəsinə görə əmisi arvadını döyüb

Şəmkir. 15 mart. / Şəmkirdə qohumlar arasında torpaq sahəsi üstündə düşən davada qadın döyülüb.

Şəmkir rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd sakini Anar Namazovla əmisi arvadı Minarə Namazova arasında torpaq sahəsi üstündə mübahisə yaranıb. Bu zaman A.Namazov qadını döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı qadın yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən M.Namazovanın vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR