Loading...
İmişlidə “Kamaz”la “Niva” toqquşub, 2 nəfər xəsarət alıb

İmişlidə “Kamaz”la “Niva” toqquşub, 2 nəfər xəsarət alıb

Loading...
İmişlidə “Kamaz”la “Niva” toqquşub, 2 nəfər xəsarət alıb

İmişli. 6 mart. / İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saat 20:05 radələrində İmişli-Kürdəmir avtomobil yolunda, rayonun Olimpiya İdman Kompleksinin yanında qeydə alınıb.

Rayonun Yalavac kənd sakini, 54 yaşlı Malik Musa oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “Niva”nın sürücüsü və salonda olan sərnişin, 36 yaşlı Amid Təvəkkül oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR