Loading...
IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq

IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq

Loading...
IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq

Bakı. 6 mart. / "IMAX şirkəti virtual reallıq (VR) bazarına çıxmağı planlaşdırır və bu texnologiyanın istifadə ediləcəyi 6 kinoteatr açmağa hazırlaşır".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Riçard Gelfond bildirib.

İlk belə mərkəz yanvar ayında Los-Ancelesdə açılıb. Kinoteatrın qonaqları qısametrajlı film izləməyə və ya xüsusi "HTC Vive" dəbilqələrində oyun oynaya bilərlər. 

R.Gelfondun sözlərinə görə, mərkəzin yanvarın 6-da baş tutan açılışından bəri artıq 5 min nəfər kinoteatrda olub və onların təxminən 90%-i müsbət rəy veriblər.

Ümumiyyətlə, şirkət pilot layihə çərçivəsində Böyük Britaniya, Çin, eləcə də ABŞ-ın Kaliforniya və Nyu-York şəhərlərində VR-kinoteatrlar açmaq niyyətindədir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load