Loading...
ABŞ-da aktiv neft quyularının sayı artıb

ABŞ-da aktiv neft quyularının sayı artıb

Loading...
ABŞ-da aktiv neft quyularının sayı artıb

Bakı. 25 fevral. / ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı fevralın 18-dən 24-dək 3 ədəd və ya 0,4% artaraq 754-ə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 5 ədəd və yaxud 0,83% artaraq 602 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,31% azalaraq 151 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 202 ədəd və yaxud 50,5%, qaz quyularının sayı isə 49 ədəd və yaxud 48,04%, ümumilikdə isə neft-qaz quyularının sayı 252 ədəd və yaxud 50,2% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 90,5% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,6% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR