Fon yüklənir...
Загрузка...

Qazax rayonunda avtomobil qəzası baş verib, yaralananlar var

Загрузка...
Qazax rayonunda avtomobil qəzası baş verib, yaralananlar var

Qazax. 25 fevral. / Qazax rayonunda baş vermiş avtoqəzada sürücü və bir sərnişin ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Yoxarı Salahlı kəndində baş verib.

"Nissan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, Şəmkir rayon Keçili kənd sakini, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu və sürücü Ələkbərov Elsəvər Rövşən oğlu ağır xəsarət alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Ü.Əjdərli Travmatologiya şöbəsinə, R.Ələkbərov vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, avtoqəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
loading...
Загрузка...