Loading...
Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Loading...
Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Bakı. 22 fevral. / Fevralın 20-də betonvuran (pompa) nəqliyyat vasitəsinin yararsız vəziyyətə saldığı Bakı yük - Liman mənzilinin 16-cı km-də, M.Mehdizadə küçəsinin üzərində yerləşən körpüdə qatarların hərəkəti dayandırılıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

Onun sözlərinə görə, hazırda körpünün bərpa olunması üçün tədbirlər görülür.

S.Qədirova qeyd edib ki, həmin gün saat 22:00-da körpüdə Ə.Əhmədovun idarə etdiyi 90-ZF-209 dövlət nömrə nişanlı betonvuran (pompa) nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib: "Buna səbəb nəqliyyat vasitəsinin M.Mehdizadə küçəsi ilə şəhər istiqamətində sürətli hərəkəti və sürücünün yol nişanlarının tələblərinə riayət etməməsi olub. Körpü əndazə nişanının tələbinə görə, onun altından 3,5 m-dən hündür nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - deyə S.Qədirova əlavə edib.

Xatırladaq ki, iki aşırımlı körpünün ümumi uzunluğu 30,6 metridi. Hər bir aşırımın uzunluğu 8,54 m-dir. Körpü 1935-ci ildə tikilib və sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub. 

float: left; width: 100%;">
Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR