Loading...
Rusiya Qazaxıstanın Emba hərbi poliqonunda fəaliyyətini dayandırıb

Rusiya Qazaxıstanın Emba hərbi poliqonunda fəaliyyətini dayandırıb

Loading...
Rusiya Qazaxıstanın Emba hərbi poliqonunda fəaliyyətini dayandırıb

Bakı. 22 fevral. / Qazaxıstan Məclisi (parlamentinin Aşağı Palatası) ölkənin Emba hərbi poliqonundan Rusiyanın istifadəsinin başa çatması haqqında qanun layihəsini qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd fevralın 22-də təsdiqlənib.

Qanun layihəsi baxılmaq üçün bundan sonra Qazaxıstan Senatına (parlamentin Yuxarı Palatasına) göndəriləcək. Orada da qəbul edilərsə, təsdiqlənmək üçün ölkə prezidentinə təqdim olunacaq. 

Qazaxıstan müdafiə nazirinin müavini Talqat Muxtarov bildirib ki, Rusiyanın poliqondan istifadə ilə bağlı öhdəliyin yerinə yetirilməsi məsələsində narazılığı yoxdur.

Onun sözlərinə görə, Rusiya tərəfi poliqondakı bütün daşınan və daşınmaz əmlakı Qazaxıstana verib: “Rusiya təlim keçmək üçün nəzərdə tutulan 308 hektarlıq ərazini özünə saxlayıb”.

Qeyd edək ki, Embanın icarəsi haqqında qanunu Qazaxıstan Məclisi 1995-ci il yanvarın 20-də, Rusiya təfəri isə 1996-cı il oktyabrın 18-də qəbul edib. 2016-cı il oktyabrın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu poliqondan istifadənin dayandırılmasına dair protokolu imzalayıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR