Loading...
Xaçmazda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayıb

Loading...
Xaçmazda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 20 fevral. / Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

“Report“un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR