Fon yüklənir...
Загрузка...

Qazaxda 21 yaşlı gənci qətlə yetirən şəxs tutulub

Загрузка...
Qazaxda 21 yaşlı gənci qətlə yetirən şəxs tutulub

Bakı. 9 fevral. / Qazax rayonunda 21 yaşlı gənci qətlə yetirən şəxs tutulub.

"Report"un xəbərinə görə, hadisə fevralın 8-də rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, rayon sakini 1996-ci il təvəllüdlü Samir Göycə oğlu İsmayılov bıçaqlanıb. Hadisəni törədən şəxs qaçıb, yaralını isə dostları avtomobillə Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparıblar. Həkimlərin səylərinə baxmayaraq, ürək nahiyəsindən bıçaq yarası aldığından onun həyatını xilas etmək mümkün olmayıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmkəndlisi Sənan Bayramov tutulub.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...
loading...
Загрузка...