Loading...
Azərbaycanın təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Bakı. 3 fevral. / Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumatına görə, əmrin imzalanmasında məqsəd Xocalı soyqırımının 25-ci ildönümünün təhsil müəssisələrində qeyd edilməsidir.

Əmrə əsasən, Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilməli, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayı ərzində Xocalı soyqırımına həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR