Loading...
Cocuq Mərcanlı kəndinin sakini:

Cocuq Mərcanlı kəndinin sakini: "Ordumuza güvənərək kənddə 23 il ailəmlə yaşamışam" - VİDEO

Loading...
Cocuq Mərcanlı kəndinin sakini:

Cəbrayıl. 26 yanvar. / "Ordumuza və dövlətimizə güvənərək kənddə 23 il yalnız ailə üzvlərimlə, kəndin digər sakinləri omadan yaşamışam".

Bunu "Report"un Qarabağ bürosuna işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində 23 ildir ailə üzvləri ilə birlikdə yaşayan Oktay Həziyev deyib. 

Onun sözlərinə görə, kənd ərazisində yaşamaq çətin və təhlükəli olsa da, Azərbaycan Ordusuna və dövlətinə güvənərək orada yaşayıb: "Bu, bizim üçün sevindirici haldır. Bu gün kəndimizə qayıdışın təməli qoyulur. Allahın köməyi və Prezident İlham Əliyevin səyi nəticəsində Qarabağ və ətraf rayonlar da işğaldan azad olunar. Əvvəllər burada yaşamaq çox çətin idi. Çünkü Lələtəpə yüksəkliyi ermənilərin nəzarəti altında idi. Bu da ətraf ərazilər və kəndlərdə yaşamağı təhlükəli etmişdi. Lakin Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprel ayında həmin yüksəkliyi işğaldan azad etdi, bununla da Cocuq Mərcanlı kəndinə nəzarəti əla aldı. Bu gün kənd ərazisində yaşamağ təhlükəli deyil, çünki Lələtəpədə Azərbaycan bayrağı dalğalanır".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR