Loading...
Şuşanın işğalından 18 il ötür

Şuşanın işğalından 18 il ötür

Loading...

Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Şuşadan video.

Online İzlə:


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

25 Avqust 2012 13:58

Sitat: Rufat
Başın sağ olsun Azərbaycan! O torpaqlar qayıdacaq, mütləq qayıdacaq...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Sahil253

9 May 2010 11:13

master-san,
Sitat


Seninle Raziyam Bir defelik Muharibe etsinler alaq deyek ki bizdedirde niye qayidacaq alacayiq ne bilim ne ne Onu demirler edirler ..Bilirsen bu mmillet deyebagma eee bunlari dusunen yoxdu indi hami oz qarnini gudur

Tuvana

9 May 2010 02:55

Ötən hər il bizi Qarabağdan bir az uzaqlaşıdırır. Fərq təkcə onda olur ki, hər il həsrətimizin üstünə bir il də artmış olur. Fikir versəniz görərsiniz ki, Oşxar xəbərlərdə Şuşanın işğalından 17 il ötür xəbəri var. Bir ildən sonra oxşar xəbərlərdə Şuşanın işğalından 18 il ötür də olacaq. Həmin vaxt əsas xəbər isə Şuşanın işğalından 19 il ötür olacaq.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

MASTER-SAN

9 May 2010 01:07

Her il ozumuz aldadiriq gelen il Susa bizdedi.. ne bilim ne ) bele xeyallarla yawayaciq onu bilmirem ..Birdefelik olsun muharibe ya azad eleyek yadaki olekde...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

UltrAslan

8 May 2010 23:46

İNŞALLAH DEYİM ŞƏRHLƏRƏ ...

Emka_85

8 May 2010 23:39

Mən inanıram ki AZƏRBAYCAN-ın üç rəngli bayrağı bir gün Qarabağda dalğalanacaq.
--------------------
Dünyada heç kimə güvənmə.Çünki Ağ gülün kölgəsi qaradır

Naomi_Kempbel

8 May 2010 18:39

mən şərhimi şeirlə yazacam



Qoynuna girməyə qalmışdır bir az

Könül fərəhlənib eylədi pərvaz

Ölməyib görəydim seyrini hər yaz

Səndə vardır başqa lətafət ŞUŞA



Bir əcəb gülşəndir torpağın daşın

Dumanlı dağlardır həyat yoldaşın

Bir ağrı gördü ömrümdə başın

Ey titrəyən xəlq olmuş təbabət ŞUŞA

Sahil253

8 May 2010 17:31

INSALLAH Qayidacaq ama Azerbaycani ozune qaytaran lazimdir indi yaman Cizixindan cixibdir azerbaycan hec torpagi dusunene ypoxdu nefesleri gelir ele milletin

lady_nevroz

8 May 2010 16:44

cray heyif

KESHA

8 May 2010 16:12

Sitat: Play_Boy
Inwallah 20 illik yubiley qeyd elemeriy.

Inwallah

Nagil

8 May 2010 15:29

Başın sağ olsun Azərbaycan! O torpaqlar qayıdacaq, mütləq qayıdacaq...INSALLAH TEZLIKLE OLAR.AMIN!!!

sweety girl

8 May 2010 15:06

ALLAH BUTUN OLENLERE REHMET ELESIN AILELERINE SEBR VERSIN....
recourse

__lovely__

8 May 2010 15:03

əlbəttə gün gələcək işğal olumuş bütün torpaqlarımız bizə geri qayıdacaq... İNŞALLAH...AMİN...

LARACROFT

8 May 2010 14:34

Sitat: Rufat
Başın sağ olsun Azərbaycan! O torpaqlar qayıdacaq, mütləq qayıdacaq...


Amin!İNŞALLAH
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

fabregas105

8 May 2010 14:30

recourse

Nahid-19

8 May 2010 14:26

Sitat: angelita
inşallah alacagiq butun torpaqlarimizi!!!az qalib.

--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Lineva

8 May 2010 14:06

inşallah alacagiq butun torpaqlarimizi!!!az qalib.

m.Hesenzade

8 May 2010 14:01

Video da əlavə etdim, buyurun baxın.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

ChocoLatte

8 May 2010 14:00

ALLAH KOMEYIMIZ OLSUN.INSALLAH BUNUNDA OHTESINDEN GELECEYIK.TORPAQLARIMIZI ALACAGIQ.

TERSEM YIXILSAMDA BIRDE DURACAM...!(HOST)

Play_Boy

8 May 2010 13:59

Inwallah 20 illik yubiley qeyd elemeriy...ama daniwmaqnan hecne elde olunmur..

m.Hesenzade

8 May 2010 13:54

Qayıdacaq inşallah.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

MR.QARRI

8 May 2010 13:51

qayıdacaq torpaqlarımız dua səbr və iradə ilə alacağıq

Rufat

8 May 2010 13:46

Başın sağ olsun Azərbaycan! O torpaqlar qayıdacaq, mütləq qayıdacaq...
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...