Loading...
"Bu qərar dərman bazarında vəziyyəti yaxşılaşdırmayacaq"  - İqtisadçı ekspert

"Bu qərar dərman bazarında vəziyyəti yaxşılaşdırmayacaq" - İqtisadçı ekspert

Loading...
"Bu qərar dərman bazarında vəziyyəti yaxşılaşdırmayacaq"  - İqtisadçı ekspert

Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemlərə dair Azərbaycan hökumətinə ünvanladığı müraciətə baxılıb. 

Qaynarinfo.Az  xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. 

Elsevər Ağayev deyib ki, məsələ artıq həllini tapıb: "Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Bundan sonra həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək”. 

Qeyd edək ki, bir müddət öncə Elsevər Ağayev jurnalistlərə bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. 

Dərmanların qiymətlərinin valyutanın real qiymətinə uyğun olaraq götürülməsi hansı nəticəyə gətirib çıxaracaq? 

İqtisadçı ekspert Qadir İbrahimli Qaynarinfo.Az-a bununla bağlı açıqlama verib: "Mənə elə gəlir ki, əslində Azərbaycanda valyuta bazarında dollar qıtlığı yoxdur. Sadəcə olaraq banklar öz dollarlarını leqal bazarda yox, qara bazarda satmağa üstünlük verir və bundan da külli miqdarda gəlir götürürlər. Sünu ajiotaj yaradılır. Hökumətin valyuta dəyişmə məntəqələrini ləğv etməsi biz əvvəlcədən də dediyimiz kimi yanlış qərar idi. Bu, ölkənin valyuta bazarına mənfi təsir göstərdi, o cümlədən dərman bazarında da ciddi problemlər yaratdı. Mən hesab edirəm ki, hökumət əvvəlki siyasətinə qayıtmalıdır - valyuta satışı məntəqələri bərpa edilməlidir. Dolların leqal satışı təmin olunmalıdır". 

Konkret olaraq, hökumətin dərmanların qiymətinin dolların real qiymətinə uyğunlaşdırılması qərarını Qadir İbrahimli yanlış qərar sayıb. “Hökumət bununla növbəti səhvə yol verir. Çünki bu qərar problemi həll etməyəcək, əksinə, əhali arasında daha da ajiotaj yaradacaq”.

Qızılgül
Qaynarinfo.Az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR