Loading...
Avropa Çempionatında uğurlu start

Avropa Çempionatında uğurlu start

Loading...
Avropa Çempionatında uğurlu start

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Sport7.az
xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının gənc cüdoçularımız iki qızıl medal qazanıb.
 
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı finala gedən yolda türkiyəli Oğuzhan Karaca, macarıstanlı Daniel Monori və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Qurbanlı həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq qızıl medala sahiblənib.
 
73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov rumuniyalı Aleksandru Raicu, polşalı Tomasz Czerniaşski, Böyük Britaniyalı Danile Povel və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu olub.
 
Mötəbər yarışda mübarizə aparan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub.
 
Bununla da, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran millimiz komanda hesabında ilk pillədə qərarlaşıb.
 
Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.

Sport7.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR