Loading...
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Loading...
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 16 sentyabr. / Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə sentyabrın 15-də rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Rafət Məmmədov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçmək istəyən Göytəpə şəhər sakini Zakir Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan Z.Rəsulov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR